23 iyun 2018-ci il tarixdə Hədəf Liseyinin sərgi zalında Hədəf Kursları və Hedef Globalın təşkilatçılığı ilə Azərbaycan Universitetlərinin sərgisi keçiriləcək.
Layihəni keçirməkdə məqsəd Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən dövlət və özəl universitetləri abituriyentlərə tanıtmaqdır.
Hər tədris ilinin sonunda abituriyentlər universitet və ixtisas seçimində müəyyən çətinliklər çəkir. Buna səbəb abituriyentlərin Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən ali məktəblər, xüsusən də həmin məktəblərdə yeni yaradılan ixtisaslar haqqında yetərli məlumata sahib olmamalarıdır. Layihəni həyata keçirməkdə əsas məqsədimiz abituriyentlərlə universitet nümayəndələrinin görüşünü təşkil etməkdir. Həmin görüş zamanı ali məktəblərin təmsilçiləri öz qurumları haqqında abituriyentlərə ətraflı məlumat verəcək, suallarını cavablandıracaqlar.
İştirakçı təhsil müəssisələri və ziyarətçilər sərgidən ödənişsiz şəkildə yararlana biləcəklər.
Bir neçə beynəlxalq təhsil sərgisini nəzərə almasaq, bütün Azərbaycan Universitetlərinin iştirakı ilə təşkil olunan tanıtım sərgisi hələ ki, ölkəmizdə keçirilməyib. “Azərbaycan Universitetləri tanıtımı” layihəsini bu istiqamətdə ilk hesab etmək olar. Xaricdə yaşayan azərbaycanlıların və əcnəbi tələbələrin də ölkəmizdə təhsil ala bilmələri üçün gələcək illərdə “Azərbaycan Universitetləri tanıtımı” layihəsini xarici ölkələrdə də təşkil etmək planlaşdırılır.
Tehsil-press.az