Türkiyə xalqı qərarını verdi - Ərdoğan qalibdir+ Yenilənib

Türkiyə xalqı qərarını verdi - Ərdoğan qalibdir+ Yenilənib Türkiyədə keçirilən növbədənkənar prezident və parlament seçkilərində səsvermə prosesi başa çatıb.
Yüksək Seçki Qurumunun (YSK) qərarına əsasən, yerli vaxtla saat 8-də başlayan seçkilər saat 17.00-da başa çatıb.
Seçkilərin ilk nəticələrinin yeri vaxtla saat 19.00-dan sonra açıqlanması gözlənilir.
Qeyd edək ki, prezident seçkilərində 6 namizəd- hazırkı prezident Rəcəb Tayyib Ərdoğan, Cümhuriyyət Xalq Partiyasının (CHP) namizədi Məhərrəm İncə, İyi Partiyasının sədri Meral Akşener, Səadət Partiyasının sədri Təməl Karamollaoğlu, Vətən Partiyasının sədri Doğu Perinçək və Xalqların Demokratik Partiyasının (HDP) həbsdə olan namizədi Səlahəddin Dəmirtaş mübarizə aparıblar.
Vətəndaşlar isə 600 millət vəkili üçün səs verib.
***
Pezident seçkilərində səslərin 19,6 faizi artıq sayılıb.
Belə ki, səslərə görə R. T. Ərdoğan 57, 85 faiz, CHP-nin namizədi Məhərrəm İncə 27, 67 faiz, İyi Partiyanın sədri Meral Akşener 7, 52 faiz, Xalqların Demokratik Partiyasının (HDP) namizədi Səlahəddin Dəmirtaş 5, 81 faiz, Səadət Partiyasının sədri Təməl Karamollaoğlu 0,9 faiz, Vətən Partiyasının sədri Doğu Perinçək isə 0,2 faiz səs toplayıb.
Parlament seçkilərində səslərin 12,3 faizi sayılıb. Sayılan səslərə əsasən hakim Ədalət və İnkişaf Partiyası (AKP) 51,9 faiz, Milliyətçi Hərəkat Partiyası 13,1 faiz, Cümhuriyyət Xalq Partiyası 15,6 faiz, İyi Partiya 8,5 faiz, Xalqların Demokratik Partiyası (HDP) 7,3 faiz, Səadət Partiyası 1,3 faiz səs toplayıb.
Qeyd edək ki, hakim Ədalət və İnkişaf Partiyası və Milliyətçi Hərəkat Partiyası parlament seçkilərinə birgə blokda – “Cümhur ittifaqı”nda qatılıb, Böyük Birlik Partiyasının (BBP) namizədləri isə “Cümhur ittifaqı”nda AKP namizədləri qismində yer alıblar. CHP, İyi Partiya, Səadət Partiyası və Demokratik Partiya isə parlament seçkilərinə “Millət ittifaqı”nda qatılıblar.
***
Seçki bülltenlərinin 50 faizi hesablanıb. R. T. Ərdoğan 56, 98 faiz səslə liderliyini qoruyur.
AKP isə 47,71 faiz səslə irəlidədir.
***
Bülletenlərin 65 faizi artıq hesablanıb.
Türkiyənin hazırki prezidenti 55, 47 faiz səslə seçkilərdə liderdir.
İkinci yerdə Məhərrəm İncə (29,22%), üçüncü yerdə Meral Akşener (07,47%) qərarlaşıb.
***
Prezident seçkilərində bülletenlərin 82 faizi hesablanıb. Ərdoğan 54,13 faiz səslə birinci yerdədir.
Parlament seçkilərində isə səslərin 72 faizi sayılıb. “Cümhur ittifaqı” bloku 55,74%, “Millət ittifaqı” 32,84%, Xalqların Demokratik Partiyası isə (HDP) 10,12 faiz səs toplayıb.
***
Prezident seçkilərində hesablanan 93 faiz səsə görə Rəcəb Tayyib Ərdoğan liderliyini qoruyur.
Parlament seçkilərində səslərin 91 faizi sayılıb. “Cümhur ittifaqı” bloku 54,06 faiz səslə irəlidədir.
***
Prezident seçkilərində bülletenlərin artıq 95 faizi hesablanıb. Hesablanan səslərə əsasən, Rəcəb Tayyib Ərdoğan - 53, 03 %, Məhərrəm İncə - 30, 58 %, Meral Akşener- 7,78 %, Səlahəddin Dəmirdaş - 7, 49 %, Təməl Qaramollaoğlu - 0, 89 %, Doğu Perinçək - 0, 19 % səs toplayıb.
Parlament seçkisində isə bülletenlərin 91,5 %-i sayılıb. Nəticələrə görə AKP - 43%, MHP - 11,3%, CHP - 22,3%, HDP - 10,7%, İYİ Partiyası - 10%, SP 1,4% faiz səs toplayıb.

Tehsil-press.az

Oxşar xəbərlər