Rusiyalıların 63 faizi Putinin yenə prezident olmasını istəyir

Rusiyalıların 63 faizi Putinin yenə prezident olmasını istəyir Rusiya xalqının təxminən 63 faizi prezident Vladimir Putini 2018-ci ildən sonra da ölkə rəhbərliyində görmək istəyir.
Bunu “Levada Çenter” Sorğu Mərkəzinin həyata keçirdiyi sorğunun nəticələri göstərir.
Sorğuda iştirak edənlərin 18 faizi Putinin yenidən prezident seçilməsini istəmir.
2018-ci il seçkilərində Putinə rəqib çıxa biləcəyini düşünənlər isə sorğuda 26 faiz təşkil edir.
Qeyd edək ki, 2012-ci ildə keçirilən sorğuda Rusiya vətəndaşlarının 34 faizi Putini dəstəklədiyini bəyan etmişdi. 49 faiz isə Putinin yerinə alternativ olacağı qənaətində idi.

Tehsil-press.az

Oxşar xəbərlər