Səsvermə başa çatdı

Səsvermə başa çatdı Azərbaycanda keçirilən prezident seçkilərində səsvermə prosesi başa çatıb.
Səsvermə saat 19.00-da yekunlaşıb. Artıq səslərin sayılmasına başlanılıb.
Qeyd edək ki, seçkilərdə 8 namizəd iştirak edir. Bunlar hazırkı dövlət başçısı, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev, öz təşəbbüsü ilə namizədliyi irəli sürülmüş Zahid Oruc, Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev, "Cəbhəçilərin təşəbbüs qrupu" adlı təşəbbüs qrupu tərəfindən namizədliyi irəli sürülmüş Razi Nurullayev və Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğludur.
Seçki prosesini 61 beynəlxalq təşkilat və 59 ölkəni təmsil edən 894 beynəlxalq müşahidəçi izləyib. Seçkiləri 50-dən çox xarici KİV-in 118 təmsilçisi işıqlandırır.
Səsvermənin gedişi 1000 seçki məntəqəsində quraşdırılmış veb-kameralar vasitəsilə MSK-nın rəsmi internet səhifəsində canlı yayımlanıb.

Tehsil-press.az


Oxşar xəbərlər