Oqtay Əsədov: Rusiyanın Azərbaycan iqtisadiyyatına investisiyaları 4 milyard dolları ötüb

Oqtay Əsədov: Rusiyanın Azərbaycan iqtisadiyyatına investisiyaları 4 milyard dolları ötüb Rusiyanın Azərbaycan iqtisadiyyatına investisiyaları 4 milyard dolları ötüb, hazırda respublikada Rusiyanın 759-dan çox şirkəti işləyir.
Bunu Milli Məclisin sədri Oqtay Əsədov Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodinlə görüşü zamanı deyib.
O əlavə edib ki, Azərbaycanın Rusiya iqtisadiyyatına investisiyaları bir milyard dollardan çoxdur.
Ölkələr arasındakı ticarət dövriyyəsi də əhəmiyyətli artım nümayiş etdirib. O.Əsədovun sözlərinə görə, bu göstərici 2017-ci ildə 2,6 milyard dollar təşkil edib və 2016-ci illə müqayisədə 34,43 faiz çox olub.

Tehsil-press.az

Oxşar xəbərlər