Şimali Kiprdə Azərbaycan vətəndaşının meyiti tapıldı

Şimali Kiprdə Azərbaycan vətəndaşının meyiti tapıldı Şimali Kiprdə Azərbaycan vətəndaşının meyiti tapılıb.
Bu barədə Azərbaycan-Kıbrıs Dostluq Cəmiyyətinin sədri Orxan Həsənoğlu özünün "Facebook" səhifəsində xəbər verib:
"Girne şəhəri, Alsancaq qəsəbə polis şöbəsi ilə əlaqə saxladıq. Azərbaycan vətəndaşı Sabit Qazıyevin Kofalı yaşayış massivində tək yaşadığı həyət evində gecə saat 3:00 radələrində cəsədi aşkarlanıb. Mərhumun cəsədi Lefkoşa Dr. Burhan Nalbandoğlu xəstəxanasına tibbi ekspertizaya aparılıb. Ölüm səbəbi səhər dəqiqləşəcək. Cəsəd üzərində hər hansı təzyiq aşkarlanmayıb. Polis hazırda xüsusi tədqiqat aparır".

Tehsil-press.az

Oxşar xəbərlər