ABŞ-ın Ohayo ştatındakı bir evdə eyni ailənin azı 7 üzvünün cəsədi aşkarlanıb.
Tehsil-press.az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə WCPO telekanalı məlumat yayıb. İnsident Sinsinnati şəhərindən 56 kilometr məsafədə yerləşən yaşayış binasında qeydə alınıb. Ohayo ştatının cinayət axtarış bürosu bir neçə qətlin baş verdiyini təsdiqləsə də, həlak olanların sayını açıqlamayıb. 7 nəfərin ölümünə atışmanın səbəb olduğu bildirilir. Polis qatilin şəxsiyyətinin müəyyən olunması və onun tapılması üzrə araşdırma aparır.
tehsil-press.az