Dənizdə batan 19 yaşlı gəncin meyiti tapıldı

Dənizdə batan 19 yaşlı gəncin meyiti tapıldı Bakıda dənizdə batan şəxsin cəsədi tapılıb.

Tehsil-press.az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən bildirir ki, Bakı şəhəri, Sabunçu rayonunda dənizdə (“Bilgəh-1” sularda xilasetmə məntəqəsindən, təxminən, 700 metr məsafədə, nəzarət olunmayan ərazidə) batmış 1997-ci il təvəllüdlü Yusifzadə Sahil İsrail oğlunun axtarışları başa çatıb.
S. Yusifzadənin cəsədi Xidmətin dalğıc-xilasediciləri tərəfindən batdığı yerdən, təxminən, 700 metr aralıda tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 19:40-da başa çatıb.



Tehsil-press.az

Oxşar xəbərlər