Daha 87 miqrantın cəsədi tapıldı

Daha 87 miqrantın cəsədi tapıldı Liviya sahillərində Aralıq dənizi vasitəsilə Avropaya getmək istəyən 87 qanunsuz miqrantın cəsədi aşkarlanıb.

Təhsil-press.az-ın verdiyi xəbərə görə, bu barədə Liviya Qızıl Aypara Cəmiyyətinin məlumatında bildirilir.
Həlak olanların meyiti ölkənin şimal-qərbində yerləşən Ez-Zaviya şəhəri yaxınlığında sahildə tapılıb.
Miqrasiya üzrə Beynəlxalq Təşkilatın hesabatında qeyd olunur ki, 2016-cı ildə Aralıq dənizi sahillərində 5 mindən çox miqrantın cəsədi aşkarlanıb. Bu ilin əvvəlində isə ölənlərin sayı 300 nəfəri ötüb.

Təhsil-press.az

Oxşar xəbərlər