“İş yerinə dair arayış” elektron xidmətinə müraciətlərin sayı artlb

“İş yerinə dair arayış” elektron xidmətinə müraciətlərin sayı artlb Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) “Elektron hökumət” portalı üzərindən təqdim etdiyi “İş yerinə dair arayış” elektron xidmətinə müraciətlərin sayı artmaqda davam edir.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Tehsil-press.az-a verilən məlumata görə, bu ilin avqust ayında vətəndaşlar bu e-xidmətə əvvəlki iyul ayı ilə müqayisədə 17,4 faiz çox, yəni 25 597 dəfə müraciət ediblər.
Ümumilikdə bu ilin yanvar-avqust aylarında “İş yerinə dair arayış” e-xidmətinə 136 446 dəfə müraciət olunub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 24 faiz çoxdur.
“İş yerinə dair arayış” e-xidməti hər bir vətəndaşa işlədiyi müəssisənin aidiyyəti şəxslərinə müraciət etmədən, istənilən vaxt onlayn rejimdə öz iş yeri barədə arayış əldə etməyə imkan verir. Belə ki, “E-hökumət” portalında (www.e-gov.az) autenfikasiyadan keçərək müvafiq e-xidməti seçən şəxs portal tərəfindən avtomatik olaraq onun iş yerinə dair formalaşdırılmış arayışı əldə edir. İstifadəçi istəyinə uyğun olaraq həmin arayışı çap edərək kağız şəklində aidiyyəti təşkilata təqdim etmək və ya elektron yolla göndərmək imkanına malikdir.
Vətəndaşlardan bu və ya digər məsələ ilə əlaqədar iş yerinə dair arayış tələb edən qurumlar da məhz “İş yerinə dair arayış” e-xidməti vasitəsilə əldə edilən arayışlara üstünlük verirlər. Çünki onlar bu arayışların, onlardakı məlumatların həqiqiliyini "E-hökumət" portalındakı "Portal üzərindən verilmiş arayışların yoxlanılması" xidmətindən istifadə edərək asanlıqla yoxlaya bilirlər.
2014-cü ilin dekabr ayında əhaliyə təqdim olunan “İş yerinə dair arayış” e-xidmətindən cari ilin 01 sentyabr tarixinə qədər 361 632 dəfə istifadə edilib.


Tehsil-press.az

Oxşar xəbərlər