Təhsil naziri Ceyhun Bayramov fəaliyyətinin başa çatması münasibətilə “British Council” təşkilatının Azərbaycan nümayəndəliyinin rəhbəri xanım Elizabet Vayt və bu quruma yeni təyin olunmuş direktor Samr Şah ilə görüşüb.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, görüşdə bu qurum ilə “British Council” təşkilatı arasında təhsil sahəsində əlaqələrin cari vəziyyəti müzakirə olunub.
E.Vaytın ölkəmizdəki fəaliyyətini yüksək dəyərləndirən C.Bayramov ona ölkəmizdə təhsilin inkişafındakı xidmətlərinə və Azərbaycan–Böyük Britaniya təhsil əlaqələrinin genişləndirilməsinə verdiyi töhfələrə görə Təhsil Nazirliyinin fəxri fərmanını təqdim edib.
Azərbaycandan xoş təəssüratlarla ayrıldığını deyən E.Vayt bu ölkədəki fəaliyyəti dövründə ona göstərdiyi dəstəyə görə nazirə minnətdarlığını bildirib.
Sonda nazir S.Şaha ölkəmizdəki və E.Vayta isə gələcək fəaliyyətində uğurlar diləyib.

Mətbuat Xidməti