Mayın 19-da “British Council Azərbaycan” və Təhsil Nazirliyinin dəstəyi ilə Bakı şəhərindəki 23 nömrəli tam orta məktəbdə İngilis Dili Mərkəzi istifadəyə verilib.
Mərkəzin açılışında təhsil nazirinin müavini Ceyhun Bayramov, “British Council” təşkilatının regional direktoru Əndi Uilyams, ingilis dili üzrə regional direktoru Cil Koates, “British Council Azərbaycan” ofisinin direktoru Elizabet Vayt, Böyük Britaniyanın Azərbaycandakı səfirinin müavini Stefen MakKormik və KİV nümayəndələri iştirak ediblər.
Təhsil nazirinin müavini Ceyhun Bayramov bildirib ki, bu mərkəzdə məktəblilər ingilis dilini ən müasir metodologiya, resurs və texnologiyalara əsaslanaraq öyrənəcək. Həmçinin, mərkəzdə müəllimlərin davamlı peşəkar təlimi və inkişafı üçün də imkanlar olacaq. Mərkəzdə yalnız 23 nömrəli məktəbin ingilis dili müəllimləri üçün deyil, digər məktəblərin müəllimləri üçün də şərait yaradılacaq. Nazir müavini əlavə edib ki, “British Council Azərbaycan” və Təhsil Nazirliyinin birgə əməkdaşlıq istiqamətlərindən biri də ingilis dilini tədris edən müəllimlərin ixtisasartırma təlimlərinə cəlb olunmasıdır.
Çıxış edənlər bildiriblər ki, İngilis Dili Mərkəzinin təsis edilməsinin əsas məqsədi Azərbaycanda ingilis dilini öyrənmək istəyənlərə zəngin resurslar təqdim etməklə, onların ünsiyyət qabiliyyətinin inkişafına nail olmaqdır. Bu mərkəz yaxınlıqda yerləşən məktəblərdə təhsil alan şagirdlər üçün az ödəniş qarşılığında müstəqil öyrənmə, dərsdənkənar fəaliyyət və ünsiyyət bacarıqlarını inkişaf etdirmək imkanı yaradacaq. Mərkəz zəngin kitab resursları, jurnal, DVD və “British Council”un ingilis dilinin öyrənilməsi üçün elektron resurs və proqramları yüklənmiş kompüter və planşetlərlə təmin olunub.
Qeyd olunub ki, daha iki İngilis Dili Mərkəzi sentyabr ayından etibarən Bakıda yerləşən seçilmiş ümumi təhsil müəssisəsi və Təhsil işçilərinin Peşəkar İnkişaf İnstitutunda fəaliyyət göstərəcək.
Müvafiq ingilis dili mərkəzlərinin yerləşdiyi hər bir məktəb yaxınlıqda yerləşən dörd ümumi təhsil müəssisəsinin mini şəbəkə mərkəzi funksiyasını daşıyacaq. Mərkəzlərdə həmçinin, məktəblilər onlayn və ya üzbəüz formada danışıq klubu şəklində ingilis dilini öyrənənlərlə ünsiyyət qura biləcəklər.
Daha sonra qonaqlar İngilis Dili Mərkəzi ilə yaxından tanış olub və dərs prosesini izləyiblər.
Tehsil-press.az