Elmar Məmmədyarov Malena Mardı diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib

Elmar Məmmədyarov Malena Mardı diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib Xarici işlər naziri Elmar Məmmədyarov Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Malena Mardı diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib.
XİN-dən Təhsil-press.az-a verilən məlumata görə, görüşdə E.Məmmədyarov M.Mardın fəaliyyəti müddətində Azərbaycan ilə Aİ arasında əlaqələrin inkişafına verdiyi töhfələrinin yüksək qiymətləndirildiyini bildirib.
M.Mard fəaliyyəti dövründə Azərbaycan ilə Aİ arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün səylərini əsirgəmədiyini diqqətə çatdırıb.
E.Məmmədyarov M.Marda gələcək fəaliyyətində uğurlar arzu edib.

Təhsil-press.az

Oxşar xəbərlər