Təhsil naziri Türkiyənin Azərbaycandakı səfiri Alper Coşkunu qəbul edib

Təhsil naziri Türkiyənin Azərbaycandakı səfiri Alper Coşkunu qəbul edib Oktyabrın 3-də təhsil naziri Mikayıl Cabbarov Türkiyənin Azərbaycandakı səfiri Alper Coşkunu diplomatik fəaliyyətinin başa çatması münasibəti ilə qəbul edib.
Görüşdə Türkiyə və Azərbaycan arasında mövcud olan dostluq və qardaşlıq münasibətləri əsasında təhsil sahəsinin inkişafı haqqında danışılıb. Nazir səfirin təhsil əlaqələrinin daha da genişləndirilməsində oynadığı rolu yüksək qiymətləndirib və səfirə öz təşəkkürünü bildirib.
Öz növbəsində Alper Coşkun Azərbaycandan xoş təəssüratlarla ayrıldığını qeyd edib, Azərbaycandakı diplomatik fəaliyyəti dövründə ona göstərdiyi dəstəyə görə nazir Mikayıl Cabbarova minnətdarlığını bildirib.
Sonda nazir səfir Alper Coşquna gələcək diplomatik fəaliyyətində uğurlar arzu edib.


Tehsil-press.az

Oxşar xəbərlər