Bir ailənin 11 üzvü asılmış halda tapıldı

Bir ailənin 11 üzvü asılmış halda tapıldı Hindistanın paytaxtı Yeni Delhinin Burari qəsəbəsində bir evdə eyni ailənin 11 üzvünün cəsədi tapılıb.
Cəsədlərdən 10-u gözübağlı halda tavandan asılı, biri isə yerdə uzadılmış şəkildə olub. Meyitlər tibbi ekspertizaya göndərilib. Hadisənin intihar və ya cinayət olub-olmaması araşdırılır.
Meyitlərin üzərində zorakılıq əlamətlərinə, evin qapısında şübhəli izlərə, hər hansı intihar məktubuna rast gəlinməyib.

Tehsil-press.az

Oxşar xəbərlər