Yazgül Abdiyeva: “Paytaxt Bakıdan fərqli olaraq Azərbaycanın ucqar rayon və şəhərlərində keçirilən tədbirlərin xüsusi əhəmiyyəti var.“

Yazgül Abdiyeva: “Paytaxt Bakıdan fərqli olaraq Azərbaycanın ucqar rayon və şəhərlərində keçirilən tədbirlərin xüsusi əhəmiyyəti var.“ "Sağlamlığın Qorunması” İB-nin rəhbəri, Tibb üzrə fəlsəfə doktoru, həkim-oftolmoloq Yazgül Abdiyevanın təşkilatçılığı ilə Gədəbəy rayonunu Samanlıq kəndində "Sağlam nəsil, sağlam gələcək” adlı konfrans təşkl olunub. Konfransda millət vəkilləri Sevinc Hüseynova və Qənirə Paşayeva , o cümlədən t.u.e.d,professor cərrah Mushviq Həsənov, ginekoloq Kəmalə xanim tibbi yeniliklər,profilaktik tədbirlər haqqinda çıxış ediblər. Tədbir çərçivəsində kənd sakinləri, şəhid ailələri və məktəb müəllimləri ilə görüş keçirilib. Millət vəkili Qənirə Paşayeva təhsilin önəmini xüsusi ilə vurğulayıb. Çıxışında uşaqların, gənclərin daha çox oxumağa, mütaliəyə, öyrənməyə, daxili dünyalarını zənginləşdirməsi istiqamətində müəllimlərin, ziyalıların öz səylərini daha da artırmalarının vacibliyini qeyd edən millət vəkili Q.Paşayeva bir sıra lazımsız televiziya proqramları və zərərli vərdişlərin uşaqlarımızı kitaba meyillilikdən uzaq salmasına imkan verməməliyik, bir millətin inkişafı onun gənc nəsillərinin kitaba,oxumağa,öyrənməyə böyük marağından keçir deyib. "Ölkəmizin daha da inkişafı üçün gənclərin savadlı, təhsilli, elmə və kitab oxumağa meyilli olması əsas şərtdir”- deyən millət vəkili Qənirə Paşayeva bildirib ki, bir insanın inkişafı və gələcəyində onun təhsili, bir peşə sahibi olması çox böyük önəm daşıyır və uşaqlarımız oxumağa, öyrənməyə, bir peşə sahibi olmağa daha çox meyilli olmalıdırlar, Azərbaycan tarixi ilə bağlı kitabları və Azərbaycan ədəbiyyatını daha geniş mütaliə etməlidirlər. Millət vəkili bildirib ki, hansı peşənin sahibi olmasından asılı olmayaraq hər bir insan öz ölkəsinin və millətinin tarixini də dərindən bilməlidir.
Çıxışında belə bir önəmli tədbirin təşkil olunması üçün “Sağlamlığın qorunması” İctimai Birliyinin rəhbəri Yazgül Abdiyevaya təsəkkürünü bildirib. “Sağlamlığın qorunması” İctimai Birliyinin rəhbəri Yazgül Abdiyeva isə öz növbəsində doğma elini-obasını hec zaman unutmadığını və bir ziyalı kimi daima onlarla bərabər olduğunu vurğulayıb. Tədbirdə iştirak edən digər qonaqlara Gədəbəy rayonu İcra Hakimiyyəti başçısının 1-ci müavini Qüdrət Paşayevə, Vusal Musayevə ,Gədəbəy rayon Təhsil İdarəsinin nümayəndəsinə, peşəkar həkimlərimizə-t.ü.f.d, ginekoloq Kəmalə Rütəmova Talışınskiyə, t.ü.e.d, prof. Müşfiq Həsənova da iştirak etdiklərinə görə təşəkkür edib.
Tədbir çərçivəsində konfrans iştirakçıları Gədəbəydə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, abidəsi önünə gül dəstəsi qoyub və Heydər Əliyev Mərkəzi ziyarət ediblər.

Fəxriyyə Lilpar İsayeva


Yazgül Abdiyeva: “Paytaxt Bakıdan fərqli olaraq Azərbaycanın ucqar rayon və şəhərlərində keçirilən tədbirlərin xüsusi əhəmiyyəti var.“Yazgül Abdiyeva: “Paytaxt Bakıdan fərqli olaraq Azərbaycanın ucqar rayon və şəhərlərində keçirilən tədbirlərin xüsusi əhəmiyyəti var.“Yazgül Abdiyeva: “Paytaxt Bakıdan fərqli olaraq Azərbaycanın ucqar rayon və şəhərlərində keçirilən tədbirlərin xüsusi əhəmiyyəti var.“Yazgül Abdiyeva: “Paytaxt Bakıdan fərqli olaraq Azərbaycanın ucqar rayon və şəhərlərində keçirilən tədbirlərin xüsusi əhəmiyyəti var.“Yazgül Abdiyeva: “Paytaxt Bakıdan fərqli olaraq Azərbaycanın ucqar rayon və şəhərlərində keçirilən tədbirlərin xüsusi əhəmiyyəti var.“Yazgül Abdiyeva: “Paytaxt Bakıdan fərqli olaraq Azərbaycanın ucqar rayon və şəhərlərində keçirilən tədbirlərin xüsusi əhəmiyyəti var.“

Oxşar xəbərlər