Sorğu: Respublikaçıların əksəriyyəti Trampın Helsinki sammitində mövqeyini alqışlayır

Sorğu: Respublikaçıların əksəriyyəti Trampın Helsinki sammitində mövqeyini alqışlayır Respublika partiyasının əksəriyyəti (79%) ABŞ prezidenti Donald Trampın Helsinkidə Rusiya prezidenti Vladimir Putin ilə mətbuat konfransında görüşdə mövqeyini alqışlayır.
Bunu "Axios" internet-portalı və "Survey Monkey" tədqiqat xidmətiinin keçirdikləri sorğunun nəticələri göstərir.
Sorğunun nəticələrinə əsasən, özünü respublikaçı sayan şəxslərin 79 faizi D.Trampın görüşdə mövqeyini "tam alqışlayıb", 18 faizi isə pisləyib. Ozlərini müstəqil sayan şəxslərin 33 faizi prezidenti dəstəkləyib, 62 faizi pisləyib. Demokratlar partiyasının yalnız 7 faizi Trampı dəstəkləyib, 91 faizi isə pisləyib.
Ümumilikdə sorğunun nəticələrinə əsasən, 40 faiz Donald Trampın görüşdə mövqeyini alqışlayıb 58 faiz isə pisləyib.
İyulun 16-17-si keçirilən sorğuda 2,1 min amerikalı iştirak edib.
Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp və Rusiya prezidenti Vladimir Putin arasında ilk tam formatlı görüş iyulun 16-sı Finlandiyanın paytaxtı Helsinkidə keçirilib.

Tehsil-press.az

Oxşar xəbərlər