Rusiya prezidentindən Trampa topla cavab

Rusiya prezidentindən Trampa topla cavab Helsinkidə keçirilən Zirvə görüşündən sonra keçirilən mətbuat konfransında Rusiya prezidenti Vladimir Putin ABŞ prezidenti Donald Trampa top verib.
Trampın çıxışı zaman Suriya məsələsində “topun” Rusiyada olduğunu bildirməsinə Putin metaforalı cavab verib.
O, yanında gətirdiyi dünya çempionatında istifadə edilən toplardan birini Trampa verərək “Artıq top ABŞ-dadır” deyib.
Tramp isə topu oğlu Barona verəcəyini bildirərək həyat yoldaşı Melaniyaya uzadıb.

Tehsil-press.az

Oxşar xəbərlər