Bakı Ali Neft Məktəbinin (BANM) 5 məzunu – Aydan Əsədova, Tərlan Əliyev, Nigar Allahverdiyeva, Nərmin Abbaslı və Mehriban Əliyeva BP şirkətinə işə qəbul olunublar.
Məzunlar keçən il BP şirkətində 10 həftəlik təcrübə proqramı keçiblər. Təcrübə zamanı öz nizam-intizamı, bilik və bacarıqları ilə seçilən tələbələr bu il məzun olan kimi heç bir müsabiqə keçmədən BP şirkəti tərəfindən iş təklifi alıblar. Proses mühəndisi, quyu mühəndisi kimi vəzifələrə təyin olunan gənc mütəxəssislərin çoxu artıq öz vəzifələrinin icrasına başlayıb.
Qeyd edək ki, transmilli şirkətlərdə milliləşmə siyasəti olaraq, xüsusilə neft-qaz layihələrində Azərbaycan vətəndaşlarının sayının artırılması məsələsi daim diqqət mərkəzindədir. Həm BANM, həm də BP şirkəti neft və qaz sənayesindəki yerli peşəkar kadrların inkişafını dəstəkləmək üçün işəgötürmə kampaniyalarının, təhsil və təlim proqramlarının təşkilinə böyük önəm verir.

Hikmət Əliyev