Maire Tecnimont Bakı Ali Neft Məktəbindən tələbələr seçdi

Maire Tecnimont Bakı Ali Neft Məktəbindən tələbələr seçdi Bakı Ali Neft Məktəbində (BANM) İtaliyanın “Maire Tecnimont Group” şirkətinin Azərbaycan üzrə nümayəndəliyi “KT-Kinetics Technology”, şirkətdə təcrübə proqramında iştirak üçün seçim prosesini həyata keçirib.
Bu ali məktəbin tələbələri arasında seçimi “KT-Kinetics Technology” şirkətinin Bakıdakı nümayəndəliyinin rəhbəri Nikolo Haylpern və qurumun insan resursları üzrə meneceri Aidə Bəşirova aparıblar.
Seçim prosesinin yekununa əsasən BANM-in neft-qaz mühəndisliyi ixtisası üzrə təhsil alan Gülsüm Əliyeva və Zərifə Orucova, kimya mühəndisliyi ixtisası üzrə magistratura pilləsində təhsil alan Həcər Hidayətzadə və beşinci kurs tələbəsi Ruslan Cəbrayıllı həmin şirkətdə 17 həftəlik təcrübə proqramı keçmək imkanı əldə ediblər. Proqram müddətində şirkətin strukturu və fəaliyyəti ilə tanış olan tələbələr BANM-də qazandıqları nəzəri və praktik bilikləri aidiyyəti sahə üzrə tətbiq edirlər.
BANM və “Maire Technimont Group” şirkəti arasında yaranmış ötənilki uğurlu əməkdaşlığın nəticəsi olaraq ali məktəbin iki məzunu – Sənan İbrahimov və Riyad Baxşıyev artıq “KT-Kinetics Technology” şirkətinin əməkdaşlarıdırlar. Tərəflər arasında əməkdaşlığın daha da inkişaf etdiyini nəzərə alaraq, növbəti ildə bu rəqəmin artması gözlənilir.

İctimaiyyətlə əlaqələr şöbəsi


Oxşar xəbərlər