Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov “Baker Hughes” şirkətinin Rusiya və Xəzər regionunun insan resursları üzrə direktoru Bağır Axundov, Azərbaycan və Gürcüstan üzrə insan resursları meneceri Sona Novruzova və miqrasiya məsələləri üzrə meneceri Tural Əhmədovla görüşüb.
Görüşdə rektor E.Qasımov rəhbərlik etdiyi ali məktəbin tədris proqramları, yeni layihələri və imkanları, əməkdaşlıq əlaqələri qurduğu yerli və beynəlxalq şirkətlər, burada oxuyan yüksək intellektli tələbələr haqqında ətraflı məlumat verib. Rektor, həmçinin “Baker Hughes” kimi nəhəng şirkətin BANM-ə və onun tələbələrinə olan marağından məmnunluq duyduğunu bildirib.
Bağır Axundov qeyd edib ki, şirkətin BANM-in dünya standartlarına cavab verən məzunlarına böyük ehtiyacı var. O, “Baker Hughes” şirkətinin Azərbaycan nümayəndəliyinin BANM-in yuxarı kurs tələbələrinə şirkətdə təcrübə keçmələri üçün müsabiqə elan etmək niyyətində olduğunu söyləyib. Bağır Axundov həmçinin qeyd edib ki, BANM-in neft-qaz mühəndisliyi ixtisasının 5-ci kurs tələbəsi Emiliya Məmmədova “Baker Hughes” şirkətinə aparıcı sahə mütəxəssisi vəzifəsinə işə qəbul olunub. O, Rusiya, Qazaxıstan və Azərbaycandan olan 7500 namizəd arasında müxtəlif mərhələlər üzrə keçirilən müsabiqədə qalib gələrək şirkətin əməkdaşları sırasına qoşulub.
Görüşdə qərara alınıb ki, BANM-in dörd tələbəsi iyun ayından başlayaraq “Baker Hughes” şirkətində istehsalat təcrübəsinə başlasın. Müzakirələr zamanı, həmçinin şirkətin rəhbər işçilərinin yaxın zamanda BANM-in tələbələrinə motivasiya xarakterli ustad dərsləri keçəcəyi dəqiqləşdirilib.
Qeyd edək ki, “Baker Hughes” dünyanın ən böyük neft və qaz servis şirkətlərindəndir. Şirkətin xidmətləri siyahısına qazma, ehtiyatların qiymətləndirilməsi və yataqların inkişafı daxildir. 90-dan artıq ölkədə fəaliyyət göstərən şirkətin baş ofisi Hyustondadır.
BANM və “Baker Hughes” şirkəti 2015-ci ildən müqavilə əsasında əməkdaşlıq edir.

Hikmət Əliyev