Dövlət İmtahan Mərkəzi (DİM) 5 dövlət orqanında inzibati vəzifələrin A və B növü üzrə 7 vakant vəzifənin tutulması üçün ümumi müsahibə elan edib.
Ümumi müsahibəyə çıxarılan vəzifələrdən 3-ü A növü - inzibati rəhbər vəzifələr üzrə (Maliyyə Nazirliyi – 1 vəzifə, Təhsil Nazirliyi- 1 vəzifə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi- 1 vəzifə), 4-ü isə B növü – inzibati icraçı vəzifələr üzrə (Təhsil Nazirliyi – 2 vəzifə, Hesablama Palatası – 1 vəzifə, Gəncə Apellyasiya Məhkəməsi – 1 vəzifə) mərkəzi icra hakimiyyəti orqanlarının mərkəzi aparatlarında, tabeliyində olan qurumlarında, yerli təşkilatlarında və rayon məhkəmələrindədir.
Ümumi müsahibəyə çıxarılan ən yüksək vəzifələr inzibati vəzifələrin 4-cü təsnifatına uyğun olan maliyyə nazirinin müşaviri, inzibati vəzifələrin 5-ci təsnifatına uyğun olan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Zaqatala bölgəsi üzrə şöbəsinin müdiri vəzifələridir.
Vətəndaşlar ümumi müsahibədə iştirak etmək üçün elektron qaydada qeydiyyatdan keçə bilərlər.
Ümumi müsahibə üzrə sənəd qəbulunun təkmilləşdirilməsi, vətəndaşların rahatlığının təmin edilməsi, vətəndaşların vaxt itkisinin və maliyyə xərclərinin qarşısının alınması məqsədilə Dövlət İmtahan Mərkəzi tərəfindən ümumi müsahibə üzrə sənəd qəbulu elektronlaşdırılıb. Artıq regionlarda yaşayan vətəndaşların sənəd qəbulu üçün Bakıya gəlmələrinə ehtiyac olmayacaq.
Təqdim edilən sənədlər dövlət orqanları tərəfindən aparılan elektron informasiya ehtiyatları əsasında yoxlanılır. Elektron qaydada daxil edilmiş məlumatların və sənədlərin düzgünlüyünün elektron informasiya ehtiyatları əsasında yoxlanılması mümkün olmadığı halda, DİM-in tələbi əsasında müvafiq sənədlərin müəyyən edilmiş qaydada təsdiq olunmuş surətləri və ya eyniləşdirmə məqsədilə həmin sənədlərin əsli bu quruma təqdim edilməlidir.
Ümumi müsahibədə iştirak etmək istəyən namizəd “Dövlət qulluğu üzrə müraciət Forması” vasitəsilə mərkəzin internet portalına məlumatları daxil etməlidir. Namizəd portala daxil etdiyi məlumatların və sənədlərin aktuallığını və tamlığını təsdiqləyərək avqustun 30-u saat 18.00-dək mərkəzin portalı vasitəsilə müsahibədə iştirak üçün müraciət etməlidir.
Tehsil-press.az