Dövlət İmtahan Mərkəzi (DİM) dövlət orqanlarında vakant inzibati dövlət qulluğu vəzifələrinin tutulması üçün ümumi müsahibə elan edir.
Ümumi müsahibədə iştirak etmək üçün sənədlərin qəbulu iyulun 24-dən avqustun 14-dək Dövlət İmtahan Mərkəzi (Gənclik binası, AZ1110, Bakı şəhəri, K.Rəhimov küçəsi, 874-cü məhəllə) tərəfindən aparılır.
Sənədlər şəxsən (bazar ertəsi – cümə günləri saat 9.00-dan 12.30-dək və 14.00-dan 17.30-dək), yaxud poçt xidməti vasitəsilə mərkəzə (yuxarıda qeyd olunan ünvana) təqdim edilə bilər.

DİM-nin Mətbuat Xidməti