Dövlət İmtahan Mərkəzi (DİM) “Magistr” jurnalının bu il üçün birinci, “Dövlət qulluğu” jurnalının isə üçüncü nömrələrini nəşr edib.
“Magistr” jurnalının birinci nömrəsində ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına qəbul qaydaları, məntiqi təfəkkür, xarici dillər və informatika üzrə qəbul imtahanı proqramları Azərbaycan və rus dillərində çap edilib. Jurnalda məntiqi təfəkkürün yoxlanılması üzrə çoxseçimli və açıqtipli test tapşırığı nümunələri də dərc olunub.
“Dövlət qulluğu” jurnalının üçüncü nömrəsində isə “Dövlət qulluğu vəzifəsinin tutulması məqsədilə müsahibə keçirilməsi qaydası”, “Birinci-beşinci kateqoriya dövlət orqanlarında inzibati vəzifələrin birinci-yeddinci təsnifatlarına uyğun olan vakant vəzifələrin tutulmasının ümumi şərtləri”, “Dövlət qulluğuna qəbul üzrə müsahibədə iştirak etmək üçün müraciətə əlavə edilməli sənədlərin siyahısı və sənədlərin qəbulu qaydaları” yer alıb. Nəşrdə, həmçinin “Dövlət qulluğuna qəbul üzrə keçirilən test və sınaq imtahanlarında bilik sahələri üzrə istifadə olunan test tapşırıqlarının müqayisəsinə aid nümunələr”, “Dövlət qulluğunda inzibati vəzifələrin B növü (inzibati icraçı vəzifələr) üzrə ötən il dekabrın 17-də keçirilmiş test imtahanına dair statistik məlumatlar”, “Müsabiqəyə təqdim olunmuş vakant vəzifələrin siyahısı” və digər zəruri məlumatlar dərc edilib.
Təhsil-press.az