Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) rektoru vəzifəsinə təyin olunmuş Ceyran Mahmudova təhsil müəssisəsinin kollektivinə təqdim olunub.
Təhsil nazirinin müavini Firudin Qurbanov ölkə Prezidentinin müvafiq sərəncamını səsləndirib. Nazir müavini universitetin tarixindən, yaşatdığı ənənələrdən, son illər təhsil sahəsində əldə etdiyi nailiyyətlərdən danışıb. Ceyran Mahmudovanı yeni təyinatı münasibətilə təbrik edən nazir müavini ona gələcək fəaliyyətində uğurlar arzulayıb.
ADMİU-nun rektoru Ceyran Mahmudova tədbir iştirakçılarını salamlayaraq, yeni təyinatına görə ölkə Prezidenti İlham Əliyevə minnətdarlığını bildirib və ona göstərilmiş yüksək etimadı doğrultmaq üçün bütün bilik və bacarığından istifadə edəcəyini deyib. \

Mətbuat Xidməti