Hüseyn Bağırov yeni nazirin təqdimatında

Hüseyn Bağırov yeni nazirin təqdimatında Yeni naziri kollektivə Azərbaycan Respublikası Prezidentinin İqtisadi məsələlər üzrə köməkçisi Əli Əsədov təqdim edib.
Ekologiya və təbii sərvətlər naziri Muxtar Bahadur oğlu Babayev nazirliyin kollektivinə təqdim olunub.
Prezidentin İqtisadi məsələlər üzrə köməkçisi Əli Əsədov Muxtar Babayevin keçdiyi həyat yolu və iş təcrübəsi barədə məlumat verib.
Ə.Əsədov dövlət başçısı tərəfindən ekologiya və ətraf mühit sahəsində qarşıya qoyulan vəzifələrin, verilən tapşırıqların icrası ilə bağlı nazirliyin kollektivinə müvafiq məsləhət və tövsiyələr verib.
Yeni ekologiya və təbii sərvətlər nazirinin təqdim edilməsində iştirak edən Hüseyn Bağırov nazir M.Babayevə gələcək fəaliyyətində uğurlar arzulayıb.
M.Babayev Azərbaycan prezidenti İlham Əliyev tərəfindən ona göstərilən yüksək etimada görə minnətdarlığını bildirib. O, dövlət başçısının ekologiya və ətraf mühit sahəsi ilə bağlı müəyyən etdiyi vəzifələrin icrasının layiqincə təmin ediləcəyini vurğulayıb. M.Babayev bundan sonra da Nazirliyin fəaliyyətinin bütün istiqamətlərində şəffaflığın tam təmin ediləcəyini, sistemli yanaşma və sosial ədalət prinsiplərinin rəhbər tutulacağını qeyd edib.

Tehsil-press.az

Oxşar xəbərlər