Prezidentlər Xəzər dənizinin hüquqi statusuna dair Konvensiyanı imzaladı

Prezidentlər Xəzər dənizinin hüquqi statusuna dair Konvensiyanı imzaladı Bu gün Qazaxıstanın Aktau şəhərində Xəzəryanı ölkələrin dövlət başçılarının V Zirvə toplantısı keçirilir.
Konfransda Azərbaycan, Rusiya, Qazaxıstan, İran və Türkmənistan prezidentləri Xəzər dənizinin hüquqi statusuna dair Konvensiyanı imzalayıblar.
Bundan əlavə, Xəzəryanı dövlətlərin müvafiq qurumlarının rəhbərləri tərəfindən bu Konvensiyadan irəli gələn digər mühüm sənədlər imzalanıb.
Qeyd edək ki, Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya 20 ildən artıq aparılan danışıqlar prosesində hazırlanıb. Kovensiya 5 dövlətin Xəzər dənizindəki müstəsna hüququ və məsuliyyətini müəyyən edir, kollektiv istifadə üçün aydın qaydalar müəyyən edir.

Tehsil-press.az

Oxşar xəbərlər