Xəzər dənizinin hüquqi statusunun müəyyənləşdirilməsi üzrə iş Qazaxıstanda bu il keçirilməsi gözlənilən region ölkələrinin sammitinə kimi başa çata bilər. Tehsil-press.az xəbər verir ki, bu barədə Rusiyanın Xəzər məsələlərinin çoxtərəfli danışıqları üzrə nümayəndə heyətinin rəhbəri İqor Bratçikov bildirib.
O qeyd edib ki, Xəzər ölkələri prezidentlərinin Həştərxanda keçirilmiş sonuncu görüşündə tərəflər kompromisləri əks etdirən siyasi bəyanat qəbul ediblər: "Hazırda qarşımızda birgə yanaşmaları hüquqi müstəvidə tərtib etmək məsələsi durur. Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya üzərində işin Qazaxıstanda keçiriləcək sammitinə kimi başa çatdırılması realdır".
Xəzər regionu ölkələrinin xarici işlər nazirləri gələn həftə Qazaxıstanda planlaşdırılan görüşdə bu Konvensiya layihəsini müzakirə edəcəklər.
Qeyd edək ki, "Xəzər beşliyinin" (Azərbaycan, İran, Qazaxıstan, Rusiya, Türkmənistan) sammiti bu il Astanada planlaşdırlır.
Tehsil-press.az