Xəzər sahillərində yüzlərlə suiti ölüsü aşkarlandı

Xəzər sahillərində yüzlərlə suiti ölüsü aşkarlandı Xəzər dənizində uzunsürən qasırğalar nəticəsində yüzlərlə suiti ölüb.

Bu barədə çərşənbə günü Rusiya Balıqçılıq üzrə Federal Agentliyinin Qərbi-Xəzər Ərazi İdarəsinə istinadən "İnterfax" məlumat yayıb.
"İlkin rəyə görə, Xəzər dənizinin Dağıstan sahilləri boyunca aşkar olunan 300-dən çox suiti, uzunsürət qasırğalar nəticəsində ölüb. Mütəxəssislər müəyyən ediblər ki, bunlar, əsasən yaşlı suitilər olub və qasırğalar onların təbii ölümünü sürətləndirib", - deyə idarədən bildirilib.
Müsahibin sözlərinə görə, mütəxəssislər məməlilərin həlak olmasında toksikoloji amili istisna edirlər. Çünki bu halda balıqlar da həlak olardı.

Tehsil-press.az

Oxşar xəbərlər