Azərbaycanda enerji səmərəliliyi tələbələrinə cavab verən məktəb fəaliyyət göstərəcək

Azərbaycanda enerji səmərəliliyi tələbələrinə cavab verən məktəb fəaliyyət göstərəcək Çexiya şirkətləri bu ölkənin Azərbaycandakı səfirliyi ilə sıx əməkdaşlıq şəraitində avqustun 14-dən Şamaxının Qaravəlli kəndində ibtidai məktəbin yenidən qurulması işinə başlayıblar. “Enerji səmərəliliyi tələblərinə cavab verən məktəb” adlı unikal layihəyə hazırlıq işləri artıq iki ildən çoxdur aparılır. Hazırda layihə yekun mərhələsinə qədəm qoyub. Bir ay müddətində aparılacaq yenidənqurma işləri yeni tədris ilinin başlanmasından bir gün əvvəl - sentyabrın 14-də başa çatmalıdır. Bina ilk növbədə ibtidai siniflərdə oxuyan uşaqlar üçün nəzərdə tutulub.
Yenidənqurma işlərində enerjiyə qənaət edən ən müasir materiallardan və texnologiyalardan istifadə olunacaq. Həmin materiallar 13 Çexiya şirkətindən ibarət konsorsium tərəfindən pulsuz təqdim ediləcək.
Səfirliyin iqtisadiyyat və ticarət məsələləri üzrə katibi Yan Yindrix deyib: “Bu layihənin məqsədi ikili xarakter daşıyır. Əvvələn, ümidvarıq ki, o, Azərbaycan gənclərinin enerjidən səmərəli istifadə olunması barədə məlumatlılıq səviyyəsinin artmasında mühüm rol oynayacaq. İkincisi, yenidən qurulan məktəb Çexiya şirkətlərinin Azərbaycanda öz məhsulları üçün yeni müştəri və işgüzar tərəfdaşlar tapmasına geniş imkanlar açır. Qeyd edək ki, Azərbaycan institutlarının çoxunun, ələlxüsus Təhsil Nazirliyinin dəstəyi olmadan bu cəsarətli layihəni həyata keçirmək mümkün olmazdı”.

Azərbaycanda enerji səmərəliliyi tələbələrinə cavab verən məktəb fəaliyyət göstərəcəkAzərbaycanda enerji səmərəliliyi tələbələrinə cavab verən məktəb fəaliyyət göstərəcəkAzərbaycanda enerji səmərəliliyi tələbələrinə cavab verən məktəb fəaliyyət göstərəcək

Tehsil-press.az

Oxşar xəbərlər