Federasiyanın sabiq prezidentinə hökm oxundu - Ağladı

Federasiyanın sabiq prezidentinə hökm oxundu - Ağladı Nyu-York məhkəməsi Braziliya Futbol Konfederasiyasının sabiq prezidenti Xose Mariya Marin barədə hökm çıxarıb.
Marin 4 il müddətinə azadlıqdan məhrum edilib. O, 1,2 milyon dollar məbləğində cərimə də ödəməli olacaq.
Marin FİFA-da başlanan korrupsiya əməliyyatından sonra həbs edilmişldi. Məlumata görə, 86 yaşlı sabiq funksioner hökm oxunarkən ağlayıb.
Prokuror ona 10 il həbs cəzası tələb etsə də, məhkəmə bununla razılaşmayıb. Marin artıq 13 aydır ki, həbsdədir. Qanunlara görə, 28 aydan sonra vəkilləri onun azadlığa buraxılması ilə bağlı məsələ qaldıra bilərlər.

Tehsil-press.az

Oxşar xəbərlər