Braziliyanın sabiq prezidenti 9,5 il həbs cəzasına məhkum olunub

Braziliyanın sabiq prezidenti 9,5 il həbs cəzasına məhkum olunub Braziliya məhkəməsi ölkənin sabiq prezidenti Luis İnasiu Lulu da Silvanı korrupsiya ittihamı ilə 9,5 il həbs cəzasına məhkum edib.
Təhsil-press.az-ın "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, sabiq prezidentə qarşı beş korrupsiya ittihamları irəli sürülüb.
Qeyd edək ki, bu ilin mayında Braziliya müstəntiqləri San-Paulu ştatında sabiq prezidentə məxsus olduğu ehtimal edilən və dövlət vəsaiti hesabına tikilmiş malikanə aşkar etmişdilər.

Təhsil-press.az

Oxşar xəbərlər