Ermənistanın Geğarkunik vilayətində yerli məktəb direktorunun meyiti öz mənzilində asılmış vəziyyətdə tapılıb.
Ötən gecə Martuni Şəhər Polis Bölməsinə mənzillərin birinin sakininin telefon zənglərinə və qapının döyülməsinə cavab vermədiyi ilə bağlı məlumat daxil olub.
Polis qapını açaraq içəri girib və ev sahibi, 38 yaşlı Nairi Movsesyanın meyitini dəhlizdə metal borudan asılı vəziyyətdə aşkar edib.
Hadisə yerinə həmçinin İstintaq Komitəsinin əməkdaşları da cəlb olunub.
N.Movsesyan Martunidə 2 nömrəli əsas məktəbin direktoru vəzifəsində işləyib. Onun iki yetkinlik yaşına çatmayan övladı var.
Tehsil-press.az