Almaniya Kansleri Angela Merkelin Azərbaycana və ümumilikdə regiona səfəri Avropanın Cənubi Qafqaz ölkələri ilə tərəfdaşlıq münasibətlərini möhkəmləndirməyə maraqlı olduğunu göstərir. İqtisadiyyat üzrə ekspert İqor Tsaraniç deyib.
Ekspert bildirib ki, Almaniya regionun aparıcı və inkişaf edən ölkəsi kimi Azərbaycanla ticari-iqtisadi əlaqələrin möhkəmləndirilməsində maraqlıdır.
O qeyd edib ki, Almaniya bir çox digər Avropa ölkələri kimi Azərbaycan tərəfindən reallaşdırılan böyük enerji layihələrinin həyata keçirilməsini dəstəkləyir: “Hesab edirəm ki, Almaniya Kanslerinin Azərbaycana səfəri çərçivəsində Avropaya qaz tədarükü ilə bağlı qarşılıqlı əməkdaşlığın, o cümlədən enerji sahəsində gələcək fəaliyyətin mühüm aspektləri müzakirə olunub. Azərbaycan özünü Avropanın enerji təhlükəsizliyinin təminatçısı olduğunu bəyan edib və bu fakt Avropanın aparıcı ölkəsi kimi Almaniya üçün də vacib və dəyərlidir".
Ekspert əlavə edib ki, Almaniya ilə Azərbaycan arasında, həmçinin sahibkarlıq sahəsində ticari-iqtisadi əlaqələr qurulub.
İ.Tsaraniç deyib ki, Almaniya Kanslerinin Azərbaycana səfəri Bakı ilə Berlin arasında əməkdaşlıq üçün yeni imkanlar açacaq.
Tehsil-press.az