İspaniya orqan transplantasiyası üzrə dünya liderliyini qoruyub saxlayır

İspaniya orqan transplantasiyası üzrə dünya liderliyini qoruyub saxlayır İspaniya orqan transplantasiyası üzrə dünya liderliyini qoruyub saxlayır.
2017-ci ildə İspaniyada orqan bağışlanması Avropa İttifaqı ölkələri üzrə 19,2 faiz, qlobal miqyasda isə 6,4 faiz təşkil edib.
İspaniya artıq iyirmi altı il ardıcıl olaraq orqan köçürülməsi sahəsində dünya lideridir. Transplantasiya üzrə Qlobal Məlumat Bazasında dərc edilmiş hesabata görə, ötən il bu ölkədə 5 261, yəni hər bir milyon insana 113,4 nəfər olmaqla orqan köçürülüb ki, bu da ABŞ-da olduğundan (109,7 nəfər) və Avropa İttifaqının ümumi göstəricisindən (66,9 nəfər) çoxdur. Ümumilikdə, İspaniyada 3269 böyrək, 1247 qaraciyər, 304 ürək və 363 ağciyər transplantasiyası həyata keçirilib.
Milli Transplantologiya Təşkilatının direktoru Beatris Dominqes-Hil qeyd edib ki, İspaniyanın donorluq modeli təkcə bu ölkədə deyil, onun hüdudlarından kənarda da insanların həyatını xilas etməyə kömək edir. İspaniya ilə əməkdaşlığın genişləndirilməsi sayəsində bölgədə donorluq 85 faizdən yuxarıdır və bu sahədə ən yüksək dünya göstəricisidir.

Tehsil-press.az

Oxşar xəbərlər