İyunun 1-də dünyatransplantoloqları Bakıda toplaşacaq. Bu barədə tehsil-press.az saytına Səhiyyə Nazirliyindən məlumat veriblər.
Xəbərdə deyilir ki, Türkiyə Orqan Nəqli Dərnəyi (TOND) və Türk Dünyası Transplantasiya Dərnəyinin (TDTD) birgə iştirakı ilə orqan və toxumaların köçürülməsinin aktual problemlərinə həsr olunmuş II Beynəlxalq konqres keçiriləcək. Bakıda keçiriləcək konqresdə ABŞ, İngiltərə, Avstraliya, Kanada, Livan, İordaniya, Misir, İran, Türkiyə və Orta Asiya dövlətlərindən, eləcə də Azərbaycan mütəxəssisləri də daxil olmaqla 500-ə qədər nümayəndənin iştirakı gözlənilir.
Dünya Transplantasiya Cəmiyətinin sədri professor Filipp O´Konelli (Avstraliya) və digər görkəmli alimlər dəvətli qonaqlar arasındadır. Bu konqres Azərbaycanda orqan nəqlinin inkişafına böyük təkan verməklə, kadr və sosial-hüquqi qaydaların hazırlanmasında, orqan bağışlanması( meyit orqanlarının nəqli) sahəsində mühüm rol oynayacaq.
Tehsil-press.az