Finlandiyada orqanların köçürülməsi üzrə rekord müəyyən edilib

Finlandiyada orqanların köçürülməsi üzrə rekord müəyyən edilib Finlandiya insan üzünün transplantasiya edildiyi ilk şimal ölkəsi oldu.

2016-cı ildə Finlandiyada donor orqanların rekord miqdarda transplantasiyası həyata keçirilib. Qaraciyər və Böyrək Çatışmazlığı Xəstələri Assosiasiyasının məlumatına görə, keçən il orqan köçürülməsinə dair 399 əməliyyat aparılıb. Bundan başqa, Finlandiya üz-çənə yumşaq toxumalarının köçürülməsi üzrə ilk şimal ölkəsi olub.
Qaraciyər və Böyrək Çatışmazlığı Xəstələri Assosiasiyasının məlumatında bildirilir ki, ölkədə hələ də donor orqanların qıtlığı qalır.

Tehsil-press.az

Oxşar xəbərlər