Yuxu bioritminin pozulması və ya düzgün qidalanmamaq əvvəllər alimlərin hesab etdiyi kimi orqanizm üçün bir o qədər də təhlükəli deyil.
ABŞ-ın Solka Bioloji Tədqiqatlar İnstitutunun alimləri bu qənaətə gəliblər.
Mütəxəssislər bildiriblər ki, insan və heyvan orqanizmində özünün “bioloji saatı” ilə çalışan genlər var. Bu genlərdən bəziləri gündüz, bəziləri isə gecə işə düşür. Birincilər həzmə cavabdeh, ikincilər isə yara sağaldıcı keyfiyyətə malikdirlər. İndiyədək hesab olunurdu ki, gündəlik bu tsikl pozulduqda orqanizmin metabolizm prosesində də müəyyən dəyişikliklər baş verir. Lakin, alimlər sübut ediblər ki, rejim dəyişikliyi səbəbindən meydana çıxan bu pozuntuların fəsadları orqanizm tərəfindən on saat ərzində aradan qaldırılır.
Tədqiqatlar zamanı mütəxəssislər iki qrup siçovulun sutkalıq rejimində, xüsusilə də qidalanmalarında bəzi dəyişikliklər ediblər. Belə ki, birinci qrupdakılar daima yeməklə təmin olunarkən, digərləri hər on saatda bir dəfə qidalandırılıblar. Nəticədə birinci qrupdan olan siçovullar sürətlə kökəliblər. Onların çəkisi ilə yanaşı, qanlarında şəkərin miqdarı da artıb. İkinci qrupdakıların isə çəkisi dəyişməyib və onlarda sağlamlıq problemləri yaranmayıb.
Bununla da alimlər belə nəticəyə gəliblər ki, qidanın nə vaxt qəbul edilməsinin heç bir fərqi yoxdur-bu saat altıya qədər və ya sonra ola bilər. Burada əsas məsələ qidanın miqdarını məhdudlaşdırılması deyil, müəyyən yemək tsikli üzrə yeməkdir.
Tehsil-press.az