İnək südü boy artımına səbəb olur

İnək südü boy artımına səbəb olur İnək südü ilə qidalanan uşaqlar digər heyvanların südünü və bitki çayı içənlərə nisbətən daha hündür olurlar.
Alimlər 24 aylıqdan 72 aya qədər 5034 körpə üzərində apardıqları tədqiqatdan sonra belə bir qənaətə gəliblər: hər gün bir fincan inək südü içmək onlarda bir neçə millimetr boy artımına səbəb olur. Ona görə də həmin dövrdə inək südü içənlərin boyu digərlərindən 0,4 santimetr ucadır.
Onların fikrincə, inək südünün tərkibində zülalın miqdarı çoxdur. İki fincan inək südündə 16 qram zülal var. Bu, 3 yaşlı uşağın sutkalıq zülal ehtiyacının tam təmin olunması üçün yetərlidir.

Təhsil-press.az

Oxşar xəbərlər