Yuxu və oyaqqalma rejiminin pozulması yaxınlaşan ölümün əsas əlamətlərindən biridir. Oklend Universitetinin alimləri bildiriblər ki, onlar molekulyar markerlərin tədqiqi ilə məşğul olarkən drozofil milçəyinin öləcəyini əvvəlcədən müəyyənləşdirməyin yolunu tapıblar.
Düzgün qurulmuş bioritm, o cümlədən yuxu və oyaqqalma rejimi ömrü uzada bilər, lakin onun pozulması hətta ölümlə nəticələnəcək ciddi fəsadlar törədə bilər. Deməli, yuxululuq yaxınlaşan ölümün ilk əlamətidir.
Alimlər 10, 30 və 50 günlük milçəklərin periferiya toxumasında və beynində “period” və “timeless” genlərini tədqiq edərkən bu nəticəyə gəliblər ki, onlar artmış fəallığı müşahidə edən zaman həşəratların ölümü yaxınlaşıbmış. Ekspertlər ölümə gətirib çıxara biləcək müvafiq titrəyişi insan orqanizmi ilə müqayisə ediblər. Doğrudur, dəyişiklik milçəklərə daha tez təsir göstərir, odur ki, nəticə göz qabağındadır. Lakin alimlər əmindirlər ki, pozulmuş bioritm ağır xəstəliklərin yaranmasından, sonra isə ölümdən xəbər verən faktdır.
Tehsil-press.az