Bu gün Bakı şəhəri təhsil işçilərinin ənənəvi sentyabr konfransı keçirilib. Konfransda hesabat məruzəsi ilə çıxış edən Təhsil nazirinin müavini, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəhbəri Məhəbbət Vəliyeva son illərdə orta və tam ixtisas təhsili müəssisələrinə qəbulda müsbət irəliləyişin olduğunu vurğulayıb.
O bildirib ki, bu ildən etibarən valideynlər ilk dəfə müəllim seçimini də özləri edə biliblər:
"Şagird sıxlığının qarşısını almaq üçün bu gün paytaxtdakı məktəblərin 85 faizində ərazi prinsipi tətbiq edilmir.
Araşdırmalarımı zamanı müşahidə etdik ki, bir sıra məktəblərdə rus bölmələrində bəzi siniflər fəaliyyət göstərmir, bəzi siniflərdə şagirdlərin sayı azlıq təşkil edir. Bəzi məktəblərdə sinif şayı davamlı olmur. Şagird sayı az olmaqla yanaşı həmin siniflər üzrə qəbul göstəriciləri də aşağı idi.
Bu problem həll etmək üçün son 3 ildə 9-cu sinif şagirdlərinin yaxınlıqdakı məktəblərə köçürülməsini layihəsi həyata keçirilir”.
BŞTİ rəhbəri 9-cu sinif üzrə buraxılış imtahanlarında yaxşı nəticə göstərən rayonların adlarını da açıqlayıb:
"İmtahan nəticələrinə əsasən Səbail, Xətai və Nizami rayonları ilk üçlükdə yer alıb. Son üç yerdə isə Pirallahı, Xəzər və Suraxanı rayonları qərarlaşıb".

BŞTİ-nin Mətbuat Xidməti