“Google”un internet-stratostatları məlumatları rekord məsafəyə ötürüb

“Google”un internet-stratostatları məlumatları rekord məsafəyə ötürüb “Google”un sahibi olan “Alphabet” tərəfindən işlənib hazırlanan “Project Loon” hava şarları şəbəkəsi yeddi internet-stratostat arasındakı məlumatları təxminən min kilometr məsafəyə ötürməyə müvəffəq olub. Əvvəlki rekord yüz kilometrə bərabər idi və yalnız iki stratostat arasındakı məlumatları ötürmüşdü.
İnformasiya təxminən 600 kilometrdən çox məsafədə yerləşən bir hava şarından digərinə ötürülüb.
Xatırladaq ki, “Loon” layihəsi “Alphabet”in tərkibinə daxil olan “X” innovativ işləmələr bölməsi tərəfindən hazırlanıb. Təxminən 20 kilometr yüksəkliyə qaldırılan hava şarları məlumatları “LTE” tezliyində ötürür ki, yaxınlıqda olan istifadəçilər mobil telefonların köməyi ilə internetə qoşula bilsin. Möhkəm örtük aerostatlara stratosferin alt qatlarında təxminən 100 gün qalıb işləməyə imkan verir.

Tehsil-press.az

Oxşar xəbərlər