Azercell internet istifadəsini rahatlaşdırdı

Azercell internet istifadəsini rahatlaşdırdı Ölkənin lider mobil operatoru Azercell Telekom abunəçilərin sürətli və sərfəli mobil internetə artan tələbatını nəzərə alaraq bu xidmətdən yeni rahat istifadə imkanı yaradıb. Bu dəfə şirkət tərəfindən təqdim olunan yeni xidmət sayəsində abunəçilərimiz üçün internet paketlərlərindən istifadə daha da rahatlaşdı. Şirkətdən Tehsil-press.az-a verilən məlumata görə, internet paketi bitən zaman abünəçi istifadəni davam etdirmək üçün xüsusi keçid səhifəsinə yönləndiriləcək.

Bu səhifəyə keçiddən sonra isə abunəçi bir düymə ilə 3 seçim imkanından birindən faydalana biləcək: Mövcud internet paketini yeniləmək, daha yüksək həcmli internet paketi sifariş etmək və ya internetdən paketsiz istifadə etmək (1MB=0.05AZN tarifi ilə).
Bu xidmətin ən əsas üstünlüyü isə ondan ibarətdir ki, internet paketi sifariş etmək üçün SMS göndərməyə və ya telefonun ekranında xüsusi kod yığmağa ehtiyac qalmır. Abunəçi internet paketi bitəndən sonra internet brauzerə daxil olaraq yalnız bir düymə ilə internet paketini aktivləşdirir.
Məlumat üçün bildirək ki, Azercell son bir il ərzində mobil internet paketlərində 55%-dək endirimlər etdi. Bununla yanaşı, Azercell şəbəkəsindən ötürülən məlumatın həcmi əvvəlki illərlə müqayisədə 35% artdı.
Hazırda Azercell-in hər iki abunəçisindən biri fəal mobil internet istifadəçisidir və əvvəlki illərlə müqayisədə iki dəfə çox Mobil İnternet istifadə edir. Şirkət yalnız Azərbaycan deyil, bütün regionda ilk dəfə olaraq 4G texnologiyasını müştərilərin kommersiya istifadəsinə təqdim etməklə ölkədə mobil internetdən istifadəni daha əlverişli etdi.
Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz
Azercell Telekom MMC 1996-cı ildə təsis edilmişdir və fəaliyyətinin ilk illərindən etibarən bazarda lider mövqeyini saxlayır. Bir sıra innovativ texnologiya və konsepsiyaları ilk dəfə olaraq, Azərbaycana Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə mobil xidmətləri, M2M,MobilBank,GPRS/EDGE (mobil internet),24/7 Telefon Mərkəzi, tam xidmət göstərən Azercell Ekspres ofisləri, mobil elektron xidməti “Asan İmza” və s. Azərbaycanın mobil rabitə bazarındakı payı 48% olan Azercell-in şəbəkəsi ölkə əhalisinin 99,8%-ni əhatə edir. 2015-ci ilin sonuna Azercell abunəçilərinin sayı 4,5 milyon nəfər təşkil etmişdir. 2011-ci ildə Azercell 3G, 2012-ci ildə isə 4-cü nəsl şəbəkəsi olan LTE xidmətini təqdim etmişdir. Azercell Azərbaycanın mobil rabitə sənayesinin lideri və qeyri-neft sektorunun ən böyük sərmayədarıdır. Azercell dünyanın 17 ölkəsində fəaliyyət göstərən, ümumilikdə 186 milyon abunəçiyə xidmət edən və 27 min əməkdaşı olan Telia Company şirkətlər qrupunun bir hissəsidir.


Tehsil-press.az

Oxşar xəbərlər