Almanların yarıdan çoxu Merkelin istefasını istəyir - Sorğu

Almanların yarıdan çoxu Merkelin istefasını istəyir - Sorğu Almanların yarıdan çoxu Kansler Angela Merkelin istefasını istəyir.
"Insa" Sosiologiya İnstitutunun apardığı sorğunun nəticəsinə əsasən, almanların 56 faizi A.Merkelin Kansler postundan istefaya getməsinin lehinədir.
Sorğuda iştirak edənlərin 47 faizi növbədənkənar seçkilərin keçirilməsini zəruri olduğunu düşünür, əleyhinə cəmi 29 faiz olub.
Respondentlərin 24 faizi isə A.Merkelin hökumət başçısı vəzifəsinə yenidən seçilməsini istəyir.

Tehsil-press.az

Oxşar xəbərlər