Ərdoğan Ruhani ilə İrandakı vəziyyəti müzakirə etdi

Ərdoğan Ruhani ilə İrandakı vəziyyəti müzakirə etdi Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan və İran prezidenti Həsən Ruhani arasında telefon danışığı olub.
Türkiyə dövlət başçısının mətbuat xidmətindən agentliyə bildiriblər ki, prezidentlər İranda 28 dekabrdan davam edən aksiyalarla bağlı müzakirə aparıblar.
Türkiyə prezidenti vurğulayıb ki, Ankara İranda sabitliyin və ictimai asayişin təminatına əhəmiyyət verir.
Ərdoğan dinc aksiyalarının keçirilməsi hüququndan istifadə zamanı qanunvericiliyin pozulmasının yolverilməzliyi haqda Ruhaninin fikirini dəstəkləyib.
İran prezidenti öz tərəfindən həssaslıq üçün türk liderinə minnətdarlığını ifadə edib və ümid etdiyini bildirib ki, onun ölkəsindəki aksiyalar yaxın bir neçə gündə qurtaracaq.

Tehsil-press.az

Oxşar xəbərlər