Dünya Kulinariya Təşkilatının 90 illiyi münasibətilə dövlət peşə təhsili müəssisələri tələbələrinin iştirakı ilə yaxın vaxtlarda kulinariya yarışı təşkil olunacaq.
Yarışın keçirilməsində məqsəd peşə təhsili müəssisələrində kulinariya üzrə təhsil alan gənclərin peşəkarlığının artırılması və onların beynəlxalq müsabiqələrə hazırlanmasıdır. İştirakçılar milli mətbəx üzrə aşpazlıq məharətlərini və kulinariya sahəsində ən yeni istiqamətlərin tətbiqi üzrə bacarıqlarını nümayiş etdirəcəklər.
Tədbir Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi, Azərbaycan Milli Kulinariya Mərkəzi və Assosiasiyasının birgə təşkilatçılığı, “Azərbaycanda peşə təhsili və təliminin inkişafına Avropa İttifaqının dəstəyi” texniki yardım layihəsinin dəstəyi ilə keçiriləcək.
Beş gün davam edəcək yarışda peşə təhsili müəssisələrinin tələbə və təlim ustalarından ibarət komandalar iştirak edəcək və qaliblər mükafatlandırılacaqlar.
Tehsil-press.az