Sürüşmələrlə bağlı son vəziyyət - “Ərazinin böyük hissəsi uçub...”

Sürüşmələrlə bağlı son vəziyyət - “Ərazinin böyük hissəsi uçub...” "Əsas məsələ odur ki, sürüşmənin dərinlik müstəvisini tapmaqdır".
Bu sözləri Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli deyib. O bildirib ki, minlərlə kubmetr sürüşmə davam edir:
"Biz bunun qarşısını almaq üçün iş görürük. İlk növbədə bu ərazinin elmi cəhətdən tədqiqat işlərini aparıb bunun dərdini öyrənmək lazımdı. Dron çəkilişləri də aparılır, kompleks tədbirlər görülür. Burada hələ sürüşmə prosesi davam edir. Teleqüllə ətrafında olan sürüşmədən sonra iki sürüşməyə meyilli zona tapılıb, nə vaxtsa sürüşəcək. Amma orada 4 ay analiz aparmışdıq".
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssisi Əziz Qaralov qeyd edib ki, Qaraçuxur-Zığ sahəsində tektonik qırılma var:
"Zığda vəziyyətini dəyişən evlər müşahidə olunub. Zığ şossesində çökmə tipli sürüşmə baş verib dünən. Ərazinin böyük hissəsi uçub, istinad divarı çatlayıb, dəmir konstruksiyalar dağılıb. Orada həm də piyada səkisi üzərində deformasiyalar görünür. Bu da o deməkdir ki, qabarma var, təzyiq davam edir".

Tehsil-press.az

Oxşar xəbərlər