Alimlər hipertoniyanın yeni müalicə üsulunu tapıblar

Alimlər hipertoniyanın yeni müalicə üsulunu tapıblar Toledo Universitetinin əməkdaşları müəyyən ediblər ki, tərkibində β-hidroksiyağ turşusu olan vasitələr hipertoniklərin təzyiqini normallaşdıra bilər. Bu, yağ turşularının metabolizmi zamanı qaraciyərdə əmələ gələn karbon hidroksi turşusudur.
Orqanizmə külli miqdarda duzun daxil olması β-hidroksiyağ turşusunun səviyyəsini azaldır. Amma orqanizmə daxil olan kalorilər azalanda, fiziki fəallıq artanda onun sintezi güclənir. Nəticədə təzyiq normallaşır.
Siçovullar üzərində aparılan eksperiment göstərib ki, qaraciyərdə β-hidroksiyağ turşusuna çevrilən 1,3 butandiol böyrəklərdə hipertoniyanın səbəb olduğu iltihabı azaldır. Mütəxəssislər hipertoniklərdə β-hidroksiyağ turşusunun qıtlığını üzə çıxarmağa, hipertoniyanın müalicəsi üçün nə qədər turşu tələb olunduğunu və bunun digər orqanlar üçün nə dərəcədə təhlükəli olduğunu müəyyənləşdirməyə ümid bəsləyirlər.

Tehsil-press.az

Oxşar xəbərlər