Beyin silkələnməsinin diaqnostikası üçün yeni test hazırlanıb

Beyin silkələnməsinin diaqnostikası üçün yeni test hazırlanıb ABŞ-ın Şimal-Qərb Universitetinin əməkdaşları insanda beyin silkələnməsinin olub-olmadığını 90 faiz dəqiqliklə müəyyən etməyin üsulunu tapıblar. Test zərərçəkənin beyninin səsə necə reaksiya verməsinin təhlili üzərində qurulub. Mütəxəssislər pasiyentin başına bərkidilən vericilər vasitəsilə beynin səs siqnallarına reaksiyasını təhlil ediblər. Onların sözlərinə görə, test sayəsində uşaqlarda beyin silkələnməsinin mövcudluğunu 90 faiz, mövcud olmadığını 95 faiz dəqiqliklə müəyyən edə biliblər.
Tehsil-press.az xəbər verir ki, 40 uşaq üzərində tədqiqat aparılıb. Beyin silkələnməsi diaqnozu adətən zahiri əlamətlər və zərərçəkənin sorğu-sual edilməsi əsasında qoyulur ki, bu üsul da dəqiqliyə zəmanət verə bilməz.
Tədqiqatda iştirak edən professor Kraus bildirib ki, zədələnmiş beyin zəiflədiyi üçün səsi sağlam beyin kimi əks etdirə bilmir. Tədqiqatçılar səs əsasında beyin silkələnməsi diaqnozu qoyan portativ qurğu yaratmağa ümid bəsləyirlər.

Tehsil-press.az

Oxşar xəbərlər