FHN-in nümayəndə heyəti “Millipol Qətər-2018” daxili təhlükəsizlik sərgisi ilə tanış olub

FHN-in nümayəndə heyəti “Millipol Qətər-2018” daxili təhlükəsizlik sərgisi ilə tanış olub Azərbaycan Respublikası fövqəladə hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyevin rəhbərlik etdiyi nümayəndə heyəti Qətər Dövlətinin Baş naziri, daxili işlər naziri Şeyx Abdullah bin Nasir bin Xəlifə Al Taninin dəvəti ilə Qətərdə səfərdədir.
Səfər çərçivəsində nümayəndə heyəti Qətər Dövlətinin Əmiri Şeyx Təmim bin Həməd Al Taninin himayəsi altında Dohada keçirilən “Millipol Qətər-2018” daxili təhlükəsizlik sərgisi ilə tanış olub. Tədbirdə, həmçinin Azərbaycan Respublikası daxili işlər nazirinin müavini, polis general-leytenantı Oruc Zalov da iştirak edib.
Səfər çərçivəsində fövqəladə hallar nazirinin müavini E.Mirzəyev Qətər Dövlətinin Baş İctimai Təhlükəsizlik İdarəsinin direktoru Saad bin Al Xulafi və mülki müdafiə qurumunun baş direktoru Abdullah Mohammad Al Suvadi ilə görüşlər keçirib.
Görüşlərdə qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib, əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, oktyabrın 29-da açılan sərgi bu ayın 31-də başa çatacaq.

Tehsil-press.az

Oxşar xəbərlər